Rusiya ABŞ və İran arasında mümkün vasitəçilik missiyasına hazır olduğunu bəyan edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Vyanada beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov açıqlama verib.
O bildirib ki, Moskva hər iki tərəfdən rəsmi müraciət daxil olacağı təqdirdə vasitəçilik etməyə açıqdır, lakin indiyədək bu istiqamətdə heç bir müraciət olmayıb.
Ulyanovun sözlərinə görə, ABŞ və İran arasında ikitərəfli danışıqlarda irəliləyişin olmamasının əsas səbəbi Vaşinqtonun danışıqlarda sərt və ultimatum xarakterli mövqe nümayiş etdirməsidir. Rusiyalı diplomat qeyd edib ki, bu cür yanaşma konstruktiv dialoqu çətinləşdirir və nəticə əldə olunmasına mane olur.
Moskva isə tərəflər arasında gərginliyin azaldılması və dialoqun bərpası üçün vasitəçi rolunu oynamağa hazır olduğunu vurğulayır.