Parlament sədrindən diqqətçəkən etiraf: orduya baxış yenilənir
Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib ki, hazırda erməni ordusu təkcə müharibə kontekstində nəzərdən keçirilmir.
Crossmedia.az bu barədə erməni KİV-nə istinadən məlumat verir.
Onun sözlərinə görə, keçmişdə ordunun yalnız müharibə prizmasından dəyərləndirildiyi təsəvvürlər artıq geridə qalıb. “Bu gün silahlı qüvvələrin mühüm missiyasını yüksək qiymətləndirərək, onları sülhün qorunmasının, dövlətçiliyin möhkəmləndirilməsinin və cəmiyyətin inkişafının əsas dayağı kimi görürük. Məhz bu yanaşma sayəsində biz təhlükəsiz, ədalətli və demokratik Ermənistan quraraq irəliləyə bilərik”, – deyə Simonyan vurğulayıb.
Turqut Ansari
12:37 28.01.2026
Oxunuş sayı: 470