ABŞ-dən Ukraynaya açıq mesaj: təhlükəsizlik zəmanəti sülhdən keçir
ABŞ Ukraynanın Amerika təhlükəsizlik zəmanətlərini əldə etməsi üçün Rusiya ilə sülh müqaviləsi imzalamasının vacib olduğunu bəyan edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Qeyd olunub ki, "Financial Times" nəşrində ABŞ-nin Ukrayna Silahlı Qüvvələrinin Donbasdan çıxarılması şərti ilə təhlükəsizlik zəmanətləri verdiyi barədə dərc edilən məlumatlar həqiqəti əks etdirmir.
Məlumata görə, Vaşinqton Ukraynaya sülh müqaviləsinin məzmununu diktə etmir. Eyni zamanda, ABŞ-nin Ukraynanı Rusiyaya ərazi güzəştləri etməyə məcbur etməyə çalışdığı iddiaları da rəsmi şəkildə təkzib edilib.
Açıqlamada vurğulanıb ki, ABŞ Ukraynanın gələcək təhlükəsizliyi ilə bağlı qərarların yalnız Kiyevin iradəsinə əsaslanmalı olduğunu bildirir.
12:05 28.01.2026
Oxunuş sayı: 399