ABŞ-də İsrailə dəstək sarsılır: MAGA liderlərindən Vaşinqtona sərt çağırış
ABŞ-də Respublikaçı düşərgədə İsrail və İran məsələləri ilə bağlı sərt daxili tənqidlər səslənib.
Crossmedia.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, Ağ Evin keçmiş strateqi, “MAGA” ideyasının əsas müəlliflərindən biri Stiv Bennon bəyan edib ki, ABŞ xarici münaqişələrə deyil, öz daxili problemlərinə fokuslanmalıdır. Onun sözlərinə görə, Tehrandakı hadisələr Vaşinqtonun prioriteti olmamalıdır və ABŞ İsrailin regional siyasətinə görə dünyanı dolaşıb mübarizə aparmamalıdır.
Bennon qeyd edib ki, “İsrail Birinci” yanaşması dayandırıla bilər və İsrail Qəzza zolağında Qətər və Türkiyə ilə birlikdə yaradılması müzakirə olunan Fələstin dövləti və bölgədəki proseslərlə özü məşğul olmalıdır. O, Tehranın bombalanması ideyasını da “dəlilik” adlandıraraq, ABŞ-ni daxili problemlərinə qayıtmağa çağırıb.
Oxşar mövqe Respublikaçı siyasətçi Marjorie Taylor Green tərəfindən də səsləndirilib. O bildirib ki, ABŞ İsrail üçün həddindən artıq məsuliyyət götürüb və bu, ölkənin öz problemlərini arxa plana atmasına səbəb olub. Green vurğulayıb ki, hazırda Minnesotada baş verən hadisələr prioritet olmalı, İranla bağlı məsələləri isə İsrail özü həll etməlidir.
Bu açıqlamalar ABŞ daxilində İsrailə dəstək və Yaxın Şərq siyasəti ətrafında gedən müzakirələrin daha da dərinləşdiyini göstərir.
11:43 28.01.2026
Oxunuş sayı: 511