ABŞ dövlət katibi Marko Rubio Venesuelanı Vaşinqtonla əməkdaşlığa məcbur etmək üçün güc tətbiqinə hazır olduqlarını bəyan edib.
Crossmedia.az bu barədə "Bloomberg"ə istinadən xəbər verir.
Rubio Venesuela prezidenti səlahiyyətlərini icra edən Delsi Rodriqesin şəxsi maraqları ABŞ-nin əsas məqsədlərinə çatmasına təkan verəcəyinə ümid etdiyini bildirib.
Dövlət katibinin sözlərinə görə, Rodriqes Venesuelanın enerji sektorunu Amerika şirkətləri üçün açmağa, istehsala güzəştli çıxış təmin etməyə və neft gəlirlərindən ABŞ mallarının alınması üçün istifadə etməyə hazır olduğunu vəd edib. Rubio bu fikirləri çərşənbə günü ABŞ qanunvericiləri ilə keçiriləcək dinləmələr üçün hazırlanmış yazılı bəyanatında qeyd edib.