İranda "Starlink" terminalları müsadirə edildi
İranda hüquq-mühafizə orqanları Starlink peyk rabitə sisteminə aid 108 terminalı müsadirə edib.
Crossmedia.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Polis Komandanlığının (FƏRACA) İqtisadi Təhlükəsizlik Polisi İdarəsinin rəisi Hüseyn Rəhimi məlumat verib. Onun sözlərinə görə, yalnız son günlərdə Kürdüstan əyalətində keçirilən əməliyyatlar zamanı çantalarda gizlədilərək daşınan 51 "Starlink" terminalı aşkarlanıb. Terminalların müxtəlif şəxslər tərəfindən ölkəyə qanunsuz yollarla gətirildiyi bildirilib.
Rəsmi qurumlar "Starlink" avadanlıqlarını icazəsiz və qanunsuz rabitə vasitələri kimi qiymətləndirir. Hakimiyyət orqanlarının açıqlamasında bu cür texniki vasitələrin istifadəsinin ölkənin təhlükəsizliyinə zidd olduğu vurğulanıb.
10:18 28.01.2026
Oxunuş sayı: 452