Ermənistanın Baş naziri Nikol Paşinyan Ordu Günü münasibətilə müraciət yayıblayıb.
Crossmedia.az-ın erməni mediasına istinadən verdiyi məlumata görə, Paşinyan müraciətində bəyan edib ki, ölkənin silahlı qüvvələri son illər ardıcıl şəkildə modernləşdirilib və müdafiə qabiliyyəti gücləndirilib.
O, hərbi qulluqçuların maaşlarının artırılmasını, könüllü sertifikat proqramının tətbiqini, sosial müavinətlərin genişləndirilməsini və müasir hərbi texnikanın alınmasını görülən əsas tədbirlər sırasında qeyd edib. Baş nazir bildirib ki, ordunun dəqiq müəyyən edilmiş missiyası var və bu missiya Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisinin müdafiəsindən ibarətdir.
Paşinyan vurğulayıb ki, Ermənistan müharibəyə hazırlaşmır və sülhə üstünlük verir. Bununla yanaşı, o, güclü və peşəkar ordunun dövlətin suverenliyinin, müstəqilliyinin və təhlükəsizliyinin qorunması üçün zəruri şərt olaraq qaldığını bildirib.