Pezeşkian buna görə təşəkkür etdi
İran Prezidenti Məsud Pezeşkian ilə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman arasında telefon danışığı baş tutub.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Telefon danışığı zamanı Məsud Pezeşkian son hadisələr fonunda İslam ölkələrinin İran xalqına göstərdiyi dəstəyə görə təşəkkür edib. O bildirib ki, ABŞ tərəfindən səsləndirilən təhdidlər və aparılan psixoloji əməliyyatlar regional təhlükəsizliyi pozmağa yönəlib. İran prezidenti vurğulayıb ki, İslam ölkələri və xalqları arasında həmrəylik gərginlik və qeyri-sabitliyə qarşı effektiv strategiya ola bilər.
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman isə öz növbəsində Krallığın İran və region ölkələri ilə davamlı sülh və təhlükəsizliyin təmin olunması istiqamətində əməkdaşlığa hazır olduğunu bildirib.
09:42 28.01.2026
Oxunuş sayı: 471