TƏCİLİ: Ərdoğanla Tramp telefon danışığında bu məsələləri müzakirə etdilər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı aparıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Telefon danışığı zamanı ikitərəfli münasibətlər, Suriya məsələsi, Qəzza üzrə Sülh Şurası, müdafiə sənayesi və ticarət sahəsində əməkdaşlıq mövzuları müzakirə olunub. Tərəflər regional və beynəlxalq gündəmdə duran aktual məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
09:38 28.01.2026
Oxunuş sayı: 477