ABŞ-nin İrana planlaşdırılan hücumu son anda dayandırılıb: Səbəb budur
ABŞ yanvarın 14-də İrana zərbə endirməyi planlaşdırsa da, bölgədə qüvvələrin yetərsizliyi və əməliyyatın məqsədinin qeyri-müəyyənliyi səbəbindən hücum son anda təxirə salınıb.
Crossmedia.az "Al-Monitor"-a istinadən xəbər verir.
Vaşinqtonun İrana gözlənilməz zərbə vurmaq niyyətində olduğu qeyd olunur.
Lakin Çin və Rusiya kəşfiyyatının İranı əvvəlcədən məlumatlandırdığı bildirilir.
Bu səbəbdən İran yanvarın 12-də hava məkanını bağlayıb və mümkün qarşıdurmaya daha hazırlıqlı vəziyyətə keçib.
Məlumata görə, İranın əvvəlcədən xəbərdar olması və əməliyyatın kifayət qədər hazırlanmadığı qənaəti ABŞ-nin hücumu təxirə salmasına səbəb olub.
23:40 27.01.2026
Oxunuş sayı: 406