Türk dünyası ekranda birləşir: Özbək aktyor TRT-nin tarixi serialında
Türk ölkələri böyük ekranda özlərini inamla təsdiqləməyə davam edir.
TRT 1-də yayımlanan “Mehmed: Fəthlərin Sultanı” tarixi serialı türk dünyasını birləşdirən layihələrdən biri kimi diqqət çəkir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Serialın beynəlxalq heyətinə tanınmış özbək aktyor Cavahir Zokirov da qoşulub. O, İslam elmi və Osmanlı dövrü tarixində mühüm iz qoymuş görkəmli alim Əli Kuşçi obrazını canlandırır.
Özbək aktyorun böyük bir türk layihəsində yer alması türk dövlətlərinin artan mədəni təsirini və ortaq dəyərlər ətrafında birləşməsini bir daha nümayiş etdirir.
Bu gün türk ölkələri mədəniyyət və incəsənət sahəsində əməkdaşlığı gücləndirərək, ortaq tarixi irslərini beynəlxalq auditoriyaya tanıdırlar.
04:40 28.01.2026
Oxunuş sayı: 393