İranın qanunsuz neft satışını ifşa edənlərə böyük mükafat
ABŞ Dövlət Departamenti ilə əlaqəli fars dilində fəaliyyət göstərən "Ədalət naminə Mükafatlar Proqramı" hesabı bu gün İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) neft satışı və nəqli ilə bağlı məlumata görə 15 milyon dollara qədər mükafat elan edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Hesabatda qeyd olunur ki, SEPAH terror fəaliyyətləri üçün maliyyəni sanksiya tətbiq edilmiş İran neftinin satışı və daşınması da daxil olmaqla qanunsuz fəaliyyətlər vasitəsilə əldə edir.
SEPAH-ın neft daşınması, neft tankerləri və ya əlaqəli qurumlar haqqında məlumatı olan hər kəs proqramla əlaqə saxlaya bilər.
ABŞ Dövlət Departamenti məlumat verənlərin maliyyə mükafatı almaq hüququna malik ola biləcəyini vurğulayır.
22:50 27.01.2026
Oxunuş sayı: 476