İranlı müxalif: Xamenei etirazçılara qarşı cinayət törədib
İranın ali dini rəhbəri Seyid Əli Xameneini davamlı tənqid edən siyasi məhbus Əbülfəzl Qədyani etirazların qanlı şəkildə yatırılmasını insanlığa qarşı cinayət adlandırıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Qədyani bildirib ki, Xamenei xalqın ona qarşı ikrahına görə qanlı qisas alıb.
Qədyani Xameneinin çıxışını sitat gətirərək yazıb ki, liderin nümayişçilərlə bağlı çıxışı rejimə qarşı etirazçıları öldürmək əmri kimi başa düşülməlidir .
Bu minlərlə insanın həyatını itirməsi ilə nəticələnib.
Siyasi məhbus repressiv qüvvələri zorakılıqdan çəkinməyə çağırıb və İran xalqına dinc və qanunsuz olmayan yollarla rejimi dəyişmək üçün birləşməyi tövsiyə edib.
O, habelə, vurğulayıb ki, ən uğurlu sülh yolu Xameneinin istefa verərək xalqın öz idarəetmə üsulunu seçməsi ilə mümkündür.
Qədyani bütün siyasi hərəkatları və vətəndaşları İrandan ayrılmağa, xalqın yanında olmağa və azadlıq uğrunda mübarizə aparmağa çağırıb.
03:30 28.01.2026
Oxunuş sayı: 421