Qəzza üçün sülh dövrünün başlandığı elan olunub
İsrail və Qəzza zolağı üçün müharibə ilə deyil, sülhlə müəyyən ediləcək yeni bir gələcəyə gedən yol artıq açılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkof bildirib.
Uitkof bu barədə “X” sosial şəbəkəsində yazaraq Qəzzada qalan son girov – zabit Ran Qvilinin İsraildə ailəsinə qaytarılmasını “tarixi gün” adlandırıb.
Onun sözlərinə görə, Qvilinin qalıqları da daxil olmaqla, indiyədək Qəzza zolağında ölən 27 israilli girovun cəsədi və 20 sağ girov geri qaytarılıb.
Uitkof vurğulayıb ki, bu proses ağrılı bir fəsli bağlayır və müharibə ilə deyil, sülhlə, dağıntı ilə deyil, rifahla müəyyən edilən yeni bir gələcəyə yol açır.
Qeyd edək ki, Ağ Ev rəhbəri Donald Tramp Qəzzada atəşkəs planının növbəti mərhələsinə keçildiyini elan edib.
Plan HƏMAS-ın tərksilah edilməsi, ərazilərin yenidən qurulması və ABŞ nəzarəti altında Qəzzanı idarə edəcək Fələstin administrasiyasının yaradılmasını nəzərdə tutur.
Davos İqtisadi Forumunda isə Qəzza zolağının 2035-ci ilə qədər regional iqtisadi mərkəzə çevrilməsini hədəfləyən genişmiqyaslı bərpa və iqtisadi transformasiya planı təqdim olunub.
18:33 27.01.2026
Oxunuş sayı: 405