Ərdoğan: dövlət içində dövlət olmaz
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyadakı vəziyyətlə bağlı açıqlama verərək bildirib ki, nə dövlət içində dövlət, nə də ölkə daxilində ayrıca silahlı qüvvə mövcud ola bilər.
Crossmedia.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, milyonlarla suriyalı qaçqın artıq vətəninə qayıdıb.
Ərdoğan qeyd edib ki, Suriya xalqının rifahına yönəldilməli olan resurslar artıq yeraltı tunellərin qazılmasına sərf edilməyəcək. Bu vəsaitlər məktəblərin, xəstəxanaların, çörək sexlərinin, fabriklərin və yolların tikintisinə yönəldiləcək.
Türkiyə prezidenti həmçinin vurğulayıb ki, sərhədlərindən kənarda yaşayan kürd qardaşlarının humanitar ehtiyacları Suriya hökuməti ilə sıx əməkdaşlıq şəraitində təmin olunur.
Turqut Ansari
17:53 27.01.2026
Oxunuş sayı: 417