Rusiyada rabitə ilə bağlı yeni dövr: FSB-yə geniş müdaxilə hüququ verildi
Rusiya Dövlət Duması Federal Təhlükəsizlik Xidmətinə (FSB) stasionar internet və telefon rabitəsini kəsmək səlahiyyəti verən qanun layihəsini birinci oxunuşda qəbul edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
“Rabitə haqqında” qanuna nəzərdə tutulan dəyişikliklərə əsasən, FSB artıq yalnız mobil deyil, həm də stasionar internet xidmətlərinin fəaliyyətini dayandıra biləcək.
Qanun layihəsi hökumət tərəfindən hazırlanaraq ötən ilin noyabr ayında parlamentə təqdim olunub.
17:55 27.01.2026
Oxunuş sayı: 602