ABŞ İsraildə THAAD raketdən müdafiə sistemi yerləşdirib
ABŞ administrasiyası İranla artan gərginlik və İsrail ərazisinə mümkün raket zərbələri ilə bağlı təhdidlər fonunda müttəfiqinin müdafiə imkanlarını gücləndirib.
Crossmedia.az bu barədə "The New York Times" nəşrinə istinadən xəbər verir.
Vaşinqton daha geniş təhlükəsizlik tədbirləri çərçivəsində İsrail ərazisində Yüksək Hündürlük Sahəsindən Müdafiə Terminalı – THAAD hava və raketdən müdafiə sistemini yerləşdirib.
Məlumata əsasən, bu addım ABŞ-ın İsrailin hava məkanının və strateji obyektlərinin qorunmasını gücləndirmək məqsədi daşıyan preventiv tədbirlər paketinin bir hissəsidir. THAAD sistemi ballistik raketləri atmosferdən kənarda və ya uçuşun son mərhələsində məhv etmək imkanına malikdir.
Analitiklər bildirirlər ki, bu yerləşdirmə regionda təhlükəsizlik balansına birbaşa təsir göstərə bilər və İran–İsrail xəttində gərginliyin yeni mərhələyə keçdiyini göstərən ciddi siqnal kimi qiymətləndirilir.
14:02 27.01.2026
Oxunuş sayı: 474