Bəzi səs-küylü cinayət işləri yenidən gündəmə gələ bilər
Ermənistan hüquq-mühafizə orqanlarının yaxın vaxtlarda keçmiş məmurlar və din xadimləri ilə bağlı səs-küylü cinayət işləri üzrə araşdırmaları bərpa edə biləcəyi bildirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə "Joqovurd" qəzeti təhlükəsizlik strukturlarındakı mənbələrə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşlarına müəyyən müddət ərzində köhnə işlərin yenidən açılması və bu istiqamətdə konkret qərarların hazırlanması ilə bağlı daxili göstərişlər verilib.
Məlumatda qeyd olunur ki, qarşıdan gələn seçkilərdən sonra genişmiqyaslı istintaq tədbirləri başlaya bilər. Bu çərçivədə şahidlərin dindirilməsi, yeni məhkəmə proseslərinin açılması və digər prosessual addımların atılması istisna edilmir.
Qəzetin mənbələrinə görə, söhbət vaxtilə ictimai rezonans doğurmuş, lakin müxtəlif səbəblərdən dayandırılmış və ya uzadılmış işlərdən gedir. Bu proseslərin yenidən aktivləşməsi ölkənin daxili siyasi gündəminə ciddi təsir göstərə bilər.
13:58 27.01.2026
Oxunuş sayı: 509