“Admiral Kuznetsov” kruizeri Rusiya üçün taleyüklü olub
ABŞ-ın "19FortyFive "jurnalının müxbiri Stiv Balestrieri hesab edir ki, Rusiyanın tək hərbi təyyarədaşı kruizeri “Admiral Kuznetsov” əvvəldən taleyüklü olub və hazırda sadəcə tüstülənən qırıntılar yığınına çevrilib.
Crossmedia.az-ın xarici mediaya istinadən yaydığı məlumata görə ,müxbir sözlərində bildirib ki, gəmi texniki nasazlıqlardan əziyyət çəkirdi: köhnəlmiş mühərrik sistemi qalın qara tüstü buraxır, təyyarələrin buraxılması üçün trampilinlərdən istifadə olunurdu. Balestrieri gəmini “hələ dənizə çıxmazdan əvvəl köhnəlmiş və tüstülənən qırıntılar yığını” adlandırır.
Məqalədə qeyd olunur ki, gəmi əvvəldən taleyüklü olsa da, Moskva buna diqqət etməyib. İndi bir zamanlar Sovet dəniz ambisiyalarının qürurlu simvolu metal qırıntısına çevrilir və Rusiyanın palubalı aviasiyadan istifadəsi ən azı on il, bəlkə də bir neçə onillik dayandırıla bilər.
14:14 27.01.2026
Oxunuş sayı: 453