Ticarət mərkəzində yanğın: ölənlərin sayı 73-ə çatdı
Pakistanın Karaçi şəhərində 17 yanvar tarixində baş vermiş ticarət mərkəzi yanğınının qurbanlarının sayı 73-ə yüksəlib. Yerli KİV-lər bu məlumatı hakimiyyət orqanlarına istinadən yayıb.
Crossmedia.az-ın xarici mənbələrə əsasən yaydığı məlumata görə, hadisə yerində axtarış-xilasetmə işləri hələ də davam edir. Yanğın nəticəsində ticarət mərkəzinin bir hissəsi və ona bitişik plaza çökmüş, təxminən 8 min kvadrat metr sahəni əhatə edən kompleksdə 1200-ə yaxın mağaza yerləşirdi.
Xilasetmə əməliyyatları başa çatdıqdan sonra hakimiyyət orqanları təhlükəsizlik məqsədilə zədələnmiş ticarət mərkəzinin və bütün kompleksin sökülməsini tövsiyə edib.
13:48 27.01.2026
Oxunuş sayı: 482