ABŞ İranın dinc etirazçıları “terrorçu” adlandırmasına sərt cavab verdi
ABŞ Dövlət Departamenti İranın xarici işlər naziri Abbas Əraqçının ölkədəki dinc etirazları “terror əməliyyatı” adlandırmasına sərt reaksiya göstərib.
Crossmedia.az xəbər verir ki.Dövlət Departamentinin farsdilli “X” hesabında açıqlanıb ki, “Rejimin özü zorakılıq tətbiq edib, xaricdə əsl terrorçuları dəstəkləyərkən, dinc iranlıları terrorçuluqda ittiham etmək böyük cəsarət tələb edir”.
Hesabda həmçinin qeyd olunub ki, etirazçıları dağıntılara görə günahkar kimi təqdim etmək cəhdləri yalandır. Dünya reallığı göstərir ki, iranlılar öz hüquqları uğrunda mübarizə aparır, hakimiyyət isə buna repressiya və zorakılıqla cavab verir.
ABŞ Dövlət Departamenti vurğulayıb: “Biz İran xalqının yanında möhkəm dayanırıq”.
13:31 27.01.2026
Oxunuş sayı: 427