Texnologiya

"Xiaomi"nin bu modeli sertifikat aldı

Oktyabr ayında Çində satışa çıxarılan "Xiaomi 15"in qlobal macərası başlamaq üzrədir. Smartfonun qlobal bazarlara çıxma tarixi ilə bağlı hələlik rəsmi açıqlama verilməsə də, son hadisələr istifadəçilərin çox gözləməyəcəyindən xəbər verir.

Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, qlobal yola çıxan "Xiaomi 15" "NBTC" sertifikatını alır.

"Xiaomi 15" "NBTC" verilənlər bazasında siyahıya alınmışdır. Cihaz GSM, LTE və digər bağlantıları dəstəkləyəcək. Texniki detallar paylaşılmasa da, telefonun bu yaxınlarda "FCC" sertifikatı aldığını xatırladaq. Bu sertifikatla məhsulun  512GB saxlama variantı ilə gələcəyi təsdiqləndi.
"Xiaomi 15"in saxlama və RAM seçimlərinə daha ətraflı nəzər saldıqda onun qlobal bazara əhəmiyyətli bir çatışmazlıqla çıxacağını söyləyə bilərik. Məlum olduğu kimi, model Çində 16 GB RAM və 1 TB variantları ilə də mövcuddur. Bu o deməkdir ki, qlobal istifadəçilər yüksək səviyyəli seçimdən faydalana bilməyəcəklər.

"Xiaomi" ümumiyyətlə fevral və ya mart aylarında ən yaxşı təchiz olunmuş modelləri üçün qlobal tanıtım tədbirləri təşkil edir. Bununla belə, smartfon son vaxtlar bir çox sertifikatlar alıb ki, bu da brendin təqdimatı təxirə salması ilə bağlı iddialara səbəb olub.

Tərlan Əmrahova

13:18 02.12.2024

Oxunuş sayı: 8312

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR