Türkiyə XİN-dən XƏBƏRDARLIQ: Patriarxın məktubu gündəmi silkələdi
İstanbul Rum Fənər Patriarxı Bartolomey İspaniya Kralına məktubunda özünü “Konstantinopol-Yeni Roma Baş Yepiskopu və Ümumdünya Patriarxı” kimi təqdim edib.
Crossmedia.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi bununla bağlı açıqlama verib:
“İstanbul Rum Fənər Patriarxlığı Türkiyə Cümhuriyyətinin suverenliyinə daxildir. Kilsə Türkiyənin qanunvericiliyi və dövlət fərmanları çərçivəsində fəaliyyət göstərir. Patriarx Bartolomey Türkiyə vətəndaşıdır və kilsə özünü təqdim edərkən ölkənin suverenliyinə hörmətlə yanaşmalıdır” – deyə XİN bildirib.
Qeyd edilir ki, Lozanna Müqaviləsinə görə, patriarx özünü ekumenik elan edə bilməz.
Crossmedia.az sözügedən məktubu təqdim edir:

12:52 27.01.2026
Oxunuş sayı: 546