Tarixi ticarət razılaşması: Avropa və Hindistan arasında gömrük rüsumu azaldılır
Hindistanın Baş naziri Narendra Modi və Avropa İttifaqının liderləri Ursula von der Leyen və Charles Michel Koştanın rəhbərliyi altında Yeni Dehlidə Aİ-Hindistan sammiti başlayıb.
Crossmedia.az xarici mediaya istinad edərək xəbər verir k,sammitdə tərəflərin Aİ ilə Hindistan arasında uzun müddətdir gözlənilən azad ticarət müqaviləsini, eləcə də təhlükəsizlik, iqlim, texnologiya və miqrasiya sahələrində əməkdaşlığı gücləndirəcək razılaşmaları elan etməsi gözlənilir.
Sammit çərçivəsində elan ediləcək ticarət razılaşmasının əsas parametrləri:
-
Hindistan ildə 200.000 ədəd daxili yanma mühərriki ilə işləyən və qiyməti 15.000 avrodan baha olan Avropa mənşəli avtomobillərin gömrük rüsumunu 110%-dən 40%-ə endirəcək.
-
İlk 5 ildə tətbiq olunacaq 40% rüsumdan sonra bəzi avtomobillər (Volkswagen, Mercedes-Benz, BMW) üçün rüsum 10%-ə qədər azalacaq.
-
Avropa İttifaqı isə Hindistan mənşəli tekstil, məişət əşyaları və metal məhsullar üçün mövcud rüsumları iki dəfə azaldacaq.
Razılaşmanın imzalanması ilə Aİ və Hindistan arasında ticarət və iqtisadi əməkdaşlıq yeni səviyyəyə yüksələcək.
11:41 27.01.2026
Oxunuş sayı: 476