İranda etirazlarda ölənlərin sayı 6 mini keçdi
İran İnsan Haqları Təşkilatı (HRANA) ölkədə baş verən kütləvi etirazların yatırılması nəticəsində ölənlərin sayının 6.126-ya çatdığını açıqlayıb.
Crossmedia.az xarici mediaya ıstinad edərək xəbər verir ki, ölkədəki ölənlərin ümumi sayı 23.000-dən çoxdur, lakin 17.091 ölüm hadisəsi hələ də araşdırılır.
Təsdiqlənmiş ölümlərin təfsilatı belədir:
-
5.000-dən çoxu etirazçılar,
-
214-ü təhlükəsizlik qüvvələri,
-
49-u isə etirazlarda iştirak etməyən mülki şəxslərdir.
Həbslərin sayı isə 41.880-ə çatıb, yalnız son bir neçə gündə 400-dən çox insan saxlanılıb. Bundan əlavə, ölkədə internet artıq 19 gündür bağlanıb.
HRANA vurğulayır ki, bu hadisələr İran təhlükəsizlik qüvvələrinin kütləvi həbslər, qorxutma və informasiya axınının tam idarə olunmasına əsaslanan yanaşmaya davam etdiyini göstərir.
11:33 27.01.2026
Oxunuş sayı: 394