İsrail Baş naziri Benyamin Netanyahu telefonunun kamerasını lentlə bağlayaraq istifadə edir.
Crossmedia.az Clash Report-a istinadən xəbər verir ki, bu tədbir təhlükəsizlik məqsədlidir və həssas ərazilərdə casusluğun və qeyri-qanuni qeydiyyatın qarşısını almaq üçün nəzərdə tutulub.
Netanyahunun bu addımı rəsmilərin və yüksək vəzifəli şəxslərin şəxsi cihazlarda təhlükəsizlik tədbirlərini gücləndirməsinin nümunəsi kimi qiymətləndirilir.