Terror riski: Britaniya XİN İraq və İran sərhədini qadağan etdi
Britaniya Xarici İşlər Nazirliyi təhlükəsizlik risklərinin artması və bölgədəki gərginliklər səbəbindən vətəndaşlarına ciddi xəbərdarlıq edib.
Crossmedia.az-ın verdiyi məlumata görə bu barədə "Əl-Ərəbiyyə" məlumat yayıb. Məlumata əsasən ,Nazirlik xüsusilə İraq, Bağdad və İran, Küveyt və Səudiyyə Ərəbistanı ilə sərhədlərə beş kilometr məsafədə olan ərazilərə səfər etməməyə çağırıb. Bildirilir ki, bu bölgələrdə terror hücumları, etirazlar və digər təhlükəli hadisələr baş verə bilər və bu, britaniyalı vətəndaşlar üçün ciddi risk təşkil edir.
Britaniya XİN vətəndaşlarını səfərlərini təxirə salmağa və yalnız zəruri hallarda bu ərazilərə getməyə təşviq edib.
10:34 27.01.2026
Oxunuş sayı: 436