Canlı yayımda İsrailə mesaj: Biz sizə çox yaxınıq
İranın Aerokosmik Qüvvələrinin zabiti dövlət televiziyasında yayımlanan proqramda “Şahid” tipli pilotsuz uçuş aparatlarını canlı yayımda nümayiş etdirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Veriliş zamanı dronların imkanları və tətbiq sahələri barədə danışan zabit çıxışının sonunda diqqətçəkən mesaj səsləndirib. O, proqramı ibrani dilində bu sözlərlə yekunlaşdırıb:
“Şalom. Biz sizə çox yaxınıq.”
Sözügedən ifadə regional gərginliyin artdığı bir dövrdə İran tərəfindən İsrailə ünvanlanmış açıq siyasi-psixoloji mesaj kimi qiymətləndirilir.
Qeyd edək ki, “Şahid” dronları son illər İranın hərbi arsenalında ön plana çıxan pilotsuz sistemlər sırasındadır və müxtəlif münaqişə zonalarında istifadə edildiyi iddia olunur. İran tərəfi isə bu platformaları əsasən müdafiə xarakterli vasitələr kimi təqdim edir.
09:41 27.01.2026
Oxunuş sayı: 485