Tramp Ukraynadakı sülh prosesində fəal iştirak edir
ABŞ Ukrayna ilə bağlı son üçtərəfli danışıqları "tarixi" hesab edir.
Crossmedia.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib.
Onun sözlərinə görə, iş adamı Çarlz Kuşner və ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkof Ağ Ev rəhbəri Donald Trampı Ukrayna danışıqlarının gedişatı barədə məlumatlandırırlar.
Tramp və rusiyalı həmkarı Vladimir Putin arasında söhbət hələ planlaşdırılmayıb.
Tramp Ukraynadakı sülh prosesində dərindən iştirak edir.
Amerika lideri Ukraynada sülhə ümidini itirməyib.
23:58 26.01.2026
Oxunuş sayı: 462