Zelenski mühüm kadr dəyişikliyi edib
Ukrayna prezidenti Volodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MMTŞ) tərkibini yeniləyib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Dövlət başçısının fərmanına əsasən, energetika naziri Denis Şmıqal və müdafiə naziri Mixaylo Fedorov Milli Təhlükəsizlik və Müdafiə Şurasına daxil olublar.
Dəyişikliklər dövlət başçısının rəsmi saytında dərc edilmiş 26 yanvar 2026-cı il tarixli 80/2026 nömrəli Prezident Fərmanında təsbit olunub.
23:46 26.01.2026
Oxunuş sayı: 503