Ermənistan COP17-də iştirak üçün Azərbaycana rəsmi dəvət göndərəcək
Ermənistan COP-17-də Azərbaycan nümayəndə heyətini qəbul etməyə hazırdır. Tezliklə rəsmi dəvətnamə göndəriləcək.
Crossmedia.az xarici KİV-ə xəbər verir ki, bu barədə Ermənistanın ətraf mühit naziri Ambardzum Matevosyan ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
Nazir bildirib ki, BMT-nin Bioloji Müxtəliflik Konvensiyası sammiti ilə bağlı bildirişlər artıq 196 üzv dövlətin hamısına göndərilib.
Rəsmi dəvətnamələr tezliklə veriləcək.
Qeyd edək ki, BMT-nin Bioloji Müxtəliflik Konvensiyası Tərəflərinin 17-ci Konfransı (COP-17) 18-30 oktyabr tarixlərində Ermənistanda keçiriləcək.
22:10 26.01.2026
Oxunuş sayı: 458