Rusiya Fransa gəmisini ələ keçirə bilər
Rusiya Fransanın Rusiya tankerini ələ keçirməsi fonunda Ukrayna ilə aparılan danışıqların nəticələrini gözləmək niyyətindədir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Bildirilir ki, hazırda danışıqların pik mərhələsində qəfil addımlar atılmayacaq və mümkün tədbirlər əldə olunacaq nəticələrdən asılı olacaq.
Mənbələrin məlumatına görə, əgər danışıqlar uğursuz başa çatsa, Moskva Fransaya məxsus, yüksək dəyərli mallar daşıyan bir gəminin ələ keçirilməsini nəzərdən keçirə bilər. Qeyd olunur ki, bu kontekstdə Kreml “İran taktikasını” da müzakirə edir – yəni gəminin başqa limana yönləndirilməsi və orada saxlanılması variantı masadadır.
Eyni zamanda vurğulanır ki, Rusiya tərəfi Fransa ilə bağlı yekun qərarı Əbu-Dabidə keçirilən görüşlərin nəticələrinə uyğun olaraq verəcək. Ehtimal edilir ki, Moskva cavab addımı olaraq hansısa Fransa gəmisini həbs edə bilər.
10:16 24.01.2026
Oxunuş sayı: 465