Neft tankerində nasazlıq yaşandı
Rusiya “kölgə donanması”na aid növbəti neft tankeri Əlcəzair sahilləri yaxınlığında problemlə üzləşib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Sanksiyalar altında olan “Progress” adlı xam neft daşıyıcısının göyərtəsində təxminən 730 min barel Ural nefti olduğu bildirilir.
Məlumata görə, tanker Əlcəzair sahilləri yaxınlığında kursundan yayınaraq Aralıq dənizində sürüklənməyə başlayıb. Gəminin statusu rəsmi qeydlərdə “idarəolunmur” kimi göstərilib.
Hadisə ilə bağlı əlavə detallar hələlik açıqlanmayıb.
10:08 24.01.2026
Oxunuş sayı: 481