ABŞ-nin İrana zərbə endirməməsinin səbəbi açıqlanıb
ABŞ İrana hərbi zərbə endirməyə yaxın olsa da, bir sıra amillər bu qərarın icrasına mane olub.
Crossmedia.az xəbər verir ki, bu barədə Amerikalı politoloq Malek Dudakovun Sputnik Armenia-ya açıqlama verib.
Əsas səbəblərdən biri belə bir hücumun İran hakimiyyətinin süqutuna gətirib çıxarıb-çıxarmayacağı ilə bağlı qeyri-müəyyənlikdir.
Bundan əlavə, ABŞ ictimaiyyətinin təxminən 70 faizinin İranla müharibəyə qarşı olması Vaşinqtonun mövqeyinə ciddi təsir göstərib.
Ekspert qeyd edib ki, hazırda ABŞ-nin regionda təyyarədaşıyan gəmi qrupunun olmaması da mümkün hücumu çətinləşdirir.
Lakin Ağ Ev rəhbəri Donald Trampın mövqeyi gələcəkdə dəyişə bilər.
Səriyyə Tağıyeva
22:35 23.01.2026
Oxunuş sayı: 462