3 həftəlik qaranlıq: İranda internet hələ də əlçatan deyil
İranda internetin tamamilə kəsilməsi artıq üçüncü həftədir davam edir.
Crossmedia.az xəbər verir ki, NetBlocks monitorinq xidməti məlumat yayıb.
Monitorinq məlumatları ölkə üzrə ümumi bağlantıda yalnız cüzi artımın qeydə alındığını göstərir.
Bununla belə ekspertlər bildirirlər ki, müşahidə olunan aktivlik real internet bərpasını əks etdirmir.
Əlamətlər İran hakimiyyətinin süni şəkildə internet trafiki yaradaraq, guya bağlantının geniş şəkildə bərpa olunduğu barədə yanlış görüntü formalaşdırmağa çalışdığını göstərir.
NetBlocks vurğulayır ki, əhali üçün internetə çıxış faktiki olaraq hələ də mümkün deyil. Mütəxəssislərin fikrincə, internet məhdudiyyətləri etirazları nəzarət altında saxlamaq və repressiyaların miqyasını gizlətmək məqsədilə tətbiq olunur və davam etdirilir.
21:22 23.01.2026
Oxunuş sayı: 498