İran XİN rəhbəri etirazda ölənlərlə bağlı şok rəqəmlər açıqlayıb
İranda baş verən kütləvi etirazlar zamanı ölənlərin sayı və maddi ziyanla bağlı rəsmi rəqəmləri açıqlanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
Əraqçinin sözlərinə görə, etirazlar və iğtişaşlar zamanı mülki şəxslər və təhlükəsizlik qüvvələri də daxil olmaqla ümumilikdə 3117 nəfər həyatını itirib.
O bildirib ki, zorakılıqlar nəticəsində ölkə üzrə genişmiqyaslı dağıntılar qeydə alınıb.
Açıqlanan məlumata əsasən, hadisələr zamanı 750 bank, 414 dövlət binası və 749 polis bölməsi zərər görüb. Bundan əlavə, çoxsaylı mağazalara, yaşayış evlərinə və məscidlərə də maddi ziyan dəyib.
21:06 23.01.2026
Oxunuş sayı: 523