Ukraynanın enerji sistemi yenidən çöküş riski ilə üz-üzə
Kiyevdə mindən çox yaşayış binası istiliksiz qalıb.
Crossmedia.az xəbər verir ki, bu barədə şəhər meri Vitali Kliçko məlumat verib.
Onun sözlərinə görə, paytaxtda 1200 mənzil binasında istilik yoxdur.
Kliçko bildirib ki, kommunal xidmətlər istiliyin bərpası üzərində işləyir və binalar mərhələli şəkildə yenidən şəbəkəyə qoşulur.
“Ukrenergo”nun açıqlamasına görə isə 23 yanvar səhəri Ukraynanın enerji sistemində vəziyyət xeyli pisləşib. Bir neçə generasiya qurğusu təcili təmir məqsədilə dayandırılıb.
Bu da elektrik və istilik təminatında əlavə risklər yaradıb.
Mütəxəssislər xəbərdarlıq edir ki, hücumlar davam edərsə, ölkədə enerji böhranı daha da dərinləşə bilər.
Səriyyə Tağıyeva
20:55 23.01.2026
Oxunuş sayı: 579