İranda böhran davam edir: Ölənlərin sayı artır
İran etirazları minlərlə insanın həyatına son qoyub.
Crossmedia.az xəbər verir ki, HRANA-nın açıqladığı son statistikaya görə, etirazlar zamanı ölənlərin təsdiqlənmiş sayı 5.002-ə, araşdırılan ölənlərin sayı isə 9.787-yə çatıb.
Hesabata görə, ən azı 7.391 nəfər ağır yaralanıb, 26.852 nəfər həbs olunub.
Ölkənin 192 şəhərində 633 etiraz və mitinq qeydə alınıb.
Qurbanlar arasında ən azı 40 uşaq, 201 hökumət nümayəndəsi və təhlükəsizlik orqanları ilə bağlı şəxslər, eləcə də 39 mülki şəxs yer alır. HRANA etirazların ölkə üzrə geniş miqyasda davam etdiyini bildirir.
18:50 23.01.2026
Oxunuş sayı: 349