800 milyard dollar və 800 minlik ordu: Ukraynanın şərtləri məlum oldu
Rusiya lideri Vladimir Putin təklif edir ki, Donbasın 100%-i (Donetsk və Luqansk), Xersonun 77%-i və Zaporojenin 76%-i Rusiyanın nəzarətində qalsın.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Əvəzində Rusiya Xarkov, Nikolayev, Dnepropetrovsk və Sumi vilayətlərindən çıxacaq və sanksiyaların bir hissəsi ləğv ediləcək, Rusiya dollar sisteminə qayıdacaq.
Dondurulmuş Rusiya aktivlərinin Ukraynanın bərpasına xərclənməsi nəzərdə tutulur.
Amma Rusiya nəzarətindəki ərazilər üçün də vəsaitin bir hissəsi istifadə olunmalıdır. Razılaşmaya əsasən, bu ərazilər de-fakto Rusiya ərazisi kimi tanınacaq, Ukrayna isə NATO-ya üzv olmayacaq, amma Aİ-yə qoşula biləcək.
Eyni zamanda, Ukrayna 800 minlik ordu saxlayacaq və 800 milyard dollarlıq yardım paketi alacaq. Avropa sülhməramlıları polis qismində ABŞ hava təminatı ilə Ukraynanın Qərbində yerləşdirilə bilər.
18:44 23.01.2026
Oxunuş sayı: 484