Rusiyalıların 80 faizi Putinə inanır
Rusiyalıların 79 faizindən çoxu Prezident Vladimr Putinə etibar edir.
Crossmedia.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkədə keçirilən rəy sorğusunun nəticəsində məlum olub.
Qeyd olunub ki, respondentlərin 75,2 faizi dövlət başçısının fəaliyyətini bəyənir.
12–18 yanvar tarixlərində keçirilən sorğuya əsasən, Rusiya prezidenti Vladimir Putinə etimad səviyyəsi bir həftə ərzində 1,6 faiz bəndi azalaraq 79,3 faizə enib. Bu barədə VTSİOM analitik mərkəzi məlumat yayıb. Sorğu 1,6 min yetkin Rusiya vətəndaşı arasında aparılıb.
“Putinə etimadla bağlı suala sorğu iştirakçılarının 79,3 faizi müsbət cavab verib (–1,6 faiz bəndi), prezidentin fəaliyyətinin bəyənilməsi səviyyəsi isə 2,6 faiz bəndi azalaraq 75,2 faiz təşkil edib”, — deyə sosial xidmətin materiallarında qeyd olunur.
Rusiya hökumətinin fəaliyyətini respondentlərin 46,6 faizi bəyənir (–5 faiz bəndi), hökumət sədri Mixail Mişustinin işini isə 48,7 faiz respondent müsbət qiymətləndirib (–4,9 faiz bəndi). Mişustinə etimad etdiyini bildirənlərin payı 59,8 faiz olub (–3,6 faiz bəndi).
Turqut Ansari
17:51 23.01.2026
Oxunuş sayı: 414