Xameneinin qohumundan etiraf: Hakimiyyəti qan bahasına qoruyacaq
Xamenei etirazlara baxmayaraq hakimiyyətdən getməyəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə İranın ali dini rəhbəri Seyid Əli Xameneinin bacısı oğlu Mahmud Muradxani deyib.
Onun sözlərinə görə, Xameneyi son damla qanına qədər müqavimət göstərəcək.
1986-cı ildən Fransada mühacirətdə yaşayan Muradxani Fransanın şimalında, Lill şəhəri yaxınlığında fəaliyyət göstərən 62 yaşlı otolarinqoloq həkimdir.
O, uzun illərdir İran rejiminin açıq müxalifi kimi tanınır. Muradxani 22 yaşında İrandan İraq vasitəsilə qaçdığını, daha sonra Fransaya yerləşdiyini bildirib.
Siyasi mühacir qeyd edib ki, İranda davam edən basqılar etirazlara son qoymayacaq. Onun fikrincə, dayısının bir gün həbs olunaraq mühakimə ediləcəyinə ümid etsə də, Xameneyinin könüllü şəkildə istefa verəcəyinə inanmır.
Xameneyini diktatorlarla müqayisə edən Muradxani əlavə edib ki, bu tip liderlər son ana qədər hakimiyyətdə qalmağa çalışır və geri çəkilmirlər.
18:00 23.01.2026
Oxunuş sayı: 383