Rusiya–ABŞ–Ukrayna arasında üçtərəfli danışıqlar başlayıb
Əbu Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Bu görüş tərəflər arasında münaqişənin mümkün siyasi həlli və təhlükəsizlik təminatları mövzusunda ilk birbaşa formatda təmas kimi qiymətləndirilir.
Məlumata görə, danışıqların gündəliyinə Donbasın statusu, atəşkəs mexanizmləri, humanitar məsələlər, eləcə də sanksiyaların mərhələli şəkildə yumşaldılması kimi mövzular daxil edilib. Görüş qapalı rejimdə keçirilir və nümayəndə heyətləri müzakirələrin detalları barədə ictimaiyyətə məlumat vermirlər.
Diplomatik mənbələr bu mərhələni “sülh prosesində ehtiyatlı, lakin vacib addım” kimi xarakterizə edir və prosesin davamının tərəflərin siyasi iradəsindən asılı olacağını bildirirlər.
15:38 23.01.2026
Oxunuş sayı: 404