Per Mertezaker vəzifəsindən ayrılır
İngiltərənin "Arsenal" klubunun akademiyasının rəhbəri Per Mertezaker mövsümün sonunda vəzifəsindən ayrılacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
O, klubun mətbuat xidmətinə açıqlamasında bunun çətin bir qərar olduğunu vurğulayıb. Almaniyalı mütəxəssis yeni sahələri kəşf etmək və daha da irəliləmək üçün belə qərar qəbul etdiyini vurğulayıb. O, hazırda mövsümü güclü şəkildə bitirməyə və gənc istedadları inkişaf etdirməyə fokuslandığını da söyləyib.
Qeyd edək ki, 41 yaşlı keçmiş müdafiəçi 2011-2018-ci illərdə bu komandanın formasını geyinib. P.Mertezaker 2018-ci ildən "Arsenal"da akademiya rəhbəri kimi çalışırdı.
16:01 23.01.2026
Oxunuş sayı: 464