Kanada Sülh Şurasından kənarlaşdırıldı
ABŞ Prezidenti Donald Tramp Kanadanın Baş naziri Mark Karniyə göndərilən “Sülh Şurası”na üzvlük dəvətinin geri götürüldüyünü açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Tramp bununla bağlı açıqlamanı özünün “Truth” sosial şəbəkə hesabında paylaşıb.
O, paylaşımında Mark Karniyə müraciət edib:
“Cənab Baş nazir Karni, xahiş edirəm, bu məktubu Kanadanın indiyədək mövcud olmuş ən nüfuzlu liderlər şurasına qoşulmaq üçün sizə göndərilmiş dəvətin rəsmi şəkildə geri çəkilməsi kimi qəbul edin”.
15:53 23.01.2026
Oxunuş sayı: 466