Rusiyanın Penza şəhərinə pilotsuz uçuş aparatları ilə hücum edilib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, yerli sakinlərin bildirdiyinə görə, hücum nəticəsində Kuybışev–Uneça–Mozır-1 (Drujba-1) neft kəmərinin bir hissəsi olan Penza Xətti İstehsalat və Dispetçer Stansiyasında (LPDS) yanğın baş verib. Hadisə zamanı stansiya ərazisindən alov və tüstünün qalxdığı müşahidə olunub.
Rəsmi qurumlar insidentlə bağlı hələlik ətraflı məlumat yaymayıb. Hadisənin nəticələri və mümkün ziyan barədə araşdırmaların aparıldığı bildirilir.