Tramp: NATO-nu sınaqdan keçirməli idik
"Tramp (Red: Ağ Ev rəhbəri Donald Tramp) yenə də absurd ideyalar irəli sürərək miqrantlardan qorunmaq üçün Meksika sərhəddinin bağlanmasını və buraya NATO qoşunlarının cəlb edilməsi barədə düşünür.
Crossmedia.az xəbər verir ki, bu barədə UNİAN yazıb.
Qeyd olunub ki, Tramp bu fikri NATO qüvvələrinin Meksika ilə sərhəddə qeyri-qanuni miqrasiyanın qarşısını almaq üçün səsləndirib: “Bəlkə də, NATO-nu sınaqdan keçirməli idik: 5-ci maddəni tətbiq edib NATO-nu buraya gətirərək cənub sərhədimizi qeyri-qanuni miqrantların davam edən "işğalından" qorumağa məcbur etməli idik. Bununla da çoxlu sayda sərhəd mühafizəçisini digər vəzifələr üçün azad etmiş olardıq”, – deyə o, bildirib.
Turqut Ansari
11:45 23.01.2026
Oxunuş sayı: 556