Əraqçi Zelenskini "kloun" adlandırdı
Bu gün İranın xarici işlər naziri Abbas Əraqçı Ukrayna Prezidenti Volodimir Zelenskinin İranda etirazların yatırılması ilə bağlı açıqlamasına sərt reaksiya verib.
Crossmedia.az xəbər verir ki, Əraqçı bu barədə “X” hesabında paylaşım edib.
O, Zelenskini amerikalı və avropalı vergi ödəyicilərinin vəsaitlərini “korrupsioner generalların ciblərini doldurmaq” üçün xərcləməkdə ittiham edib. O, Ukrayna prezidentinin eyni zamanda BMT Nizamnaməsini pozaraq, İrana qarşı ABŞ-ni hərbi müdaxiləyə çağırdığını iddia edib.
“Cənab Zelenski, dünya çaşqın klounlardan bezib. Xaricdən asılı və muzdlu ordunuzdan fərqli olaraq, biz iranlılar özümüzü necə müdafiə edəcəyimizi çox yaxşı bilirik və xaricilərdən kömək istəməyə ehtiyacımız yoxdur”, - deyə, Əraqçı açıqlayıb.
11:23 23.01.2026
Oxunuş sayı: 1431