Krasnodardakı böyük neft terminalında milyon dollarlıq ziyan
Ukrayna Təhlükəsizlik Xidməti Rusiyanın Krasnodar diyarındakı "Taman Neftegaz" neft terminalına hücum edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Hücum nəticəsində boru kəmərlərinə və yanacaq çənlərinə ciddi ziyan dəyib. Sızmalar yaranıb və təxminən 7.000 m² ərazidə yanğın baş verib.
Hadisənin nəticəsi olaraq təxminən 50 milyon dollar itki hesablanıb.
"Tamanneftegaz" terminalı Qara dəniz bölgəsinin ən böyük enerji terminallarından biridir. Hücum bölgədə enerji təhlükəsizliyi və yanacaq təminatı üçün ciddi risklər yaradır.
Rusiya hələ rəsmi açıqlama verməyib.
23:32 22.01.2026
Oxunuş sayı: 1492