Nilsen: Qrenlandiyanın qırmızı xətləri pozulmayacaq, suverenliyə hörmət şərtdir
Qrenlandiya və Danimarkadan başqa heç kim adada razılaşma bağlaya bilməz.
Crossmedia.az xəbər verir ki, bu barədə Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen bildirib.
Nilsen qeyd edib ki, hazırda hər iki tərəf üçün həll yolları üzərində işləyən yüksək səviyyəli işçi qrupu fəaliyyət göstərir.
O, həmçinin Qrenlandiyanın qırmızı xətlərinin aşılmaması, ərazi bütövlüyünə və beynəlxalq hüquqa hörmət göstərilməsi zəruriliyini vurğulayıb.
Baş nazir əlavə edib ki, iqtisadiyyat və digər sahələrdə əməkdaşlığa açıqdırlar, lakin bu müzakirələr qarşılıqlı hörmət prinsipi ilə aparılmalıdır.
22:25 22.01.2026
Oxunuş sayı: 1073