ABŞ və Rusiya ilə danışıqlar: Ukrayna tam tərkibdə Əbu-Dabiyə yollanır
Ukrayna ABŞ və Rusiya ilə danışıqlar aparmaq üçün Əbu-Dabiyə tam tərkibdə danışıqlar komandasını göndərəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Prezident Volodimir Zelenski Davosda jurnalistlərə açıqlama verib.
Nümayəndə heyətinə Prezident Ofisinin rəhbəri Kirill Budanov, birinci müavini Sergey Kislitsa, Ali Radada “Xalqın xidmətçisi” fraksiyasının lideri David Araxamiya və Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının rəisi Andrey Gnatov daxil olacaq.
Zelenski bildirib ki, görüş texniki səviyyədə üçtərəfli xarakter daşıyacaq və Ukrayna mövqeyini ABŞ və Rusiya ilə müzakirə edəcək.
22:00 22.01.2026
Oxunuş sayı: 1537